EN

Avropa və Kiyev rejimi Qələbənin ildönümünə kölgə salmağa çalışırlar



Bəzi Avropa ölkələri Ukrayna ilə birlikdə faşist Almaniyası üzərində Qələbənin 80-ci ildönümünün qeyd olunmasına kölgə salmağa çalışırlar. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.“Avropa və Kiyev rejimi faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümünün qeyd edilməsinə kölgə salmağa çalışır”, - Rusiya kəşfiyyatının bəyanatında deyilir.
Mayın 5-də Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar bildirib ki, Aİ ölkələri İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etməkdən imtina edərək özlərini “üzr istəməyən və ədəbsiz” aparırlar.
O xatırladıb ki, aprel ayında Slovakiya Bratislavanın nasist işğalçılarından azad edilməsinin ildönümünü qeyd edib. Bu tədbirə Aİ-nin bütün diplomatları, habelə Rusiya Federasiyası, Belarusiya və keçmiş SSRİ-nin bəzi digər ölkələrinin səfirləri dəvət olunmuşdu. Qasparın sözlərinə görə, bir neçə avropalı diplomat tədbirdə iştirakdan imtina edib.
Daha əvvəl məlum olub ki, Moldova hakimiyyəti Kişinyovda ölkənin baş meydanında Qələbə Günü əvəzinə 9 Mayda Avropa Gününü qeyd etməyi qərara alıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
0
aia.az

1Sources