EN

Azərbaycan ilə Belarus arasında dayanıqlı və operativ sosial təminat üzrə Memorandum imzalanıb

Bakı. TurkicWorld:

Mayın 5-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Belarus Respublikasının Baş naziri Aleksandr Turçin arasında geniştərkibli görüş çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında anlaşma Memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç imzalayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikası və Belarus Respublikasının müvafiq nazirlikləri arasında anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Belarus Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Tatyana Astreyko imzalayıblar.

Chosen
0
2
turkic.world

3Sources