Mahaçqalada naməlum şəxslər 3 yol polisi əməkdaşına hücum ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Hücum nəticəsində iki polis əməkdaşı həlak olub. Silahlı şəxslərdən biri öldürülüb, digər ikisi isə qaçıb gizlənib.
Onların tutulması istiqamətində tədbirlər görülür.
Hücum edənlər yol polisi avtomobilində qaçıblar. Həmin anlar müşahidə kameralarına düşüb.
Bizim.Media