EN

Sevgi saniyələri - öpüşün və qucaqlaşmanın MÜDDƏTİ

ABŞ-dən olan seksoloq və psixoterapevt Vanessa Marin, Hindustan Times nəşrinə verdiyi müsahibəsində bildirib ki, s*ksual məna daşımayan fiziki kontakt tərəfdaşlar arasında emosional bağın möhkəmlənməsində mühüm rol oynayır.

News24.az xəbər verir ki, mütəxəssisə görə, öpüşün optimal müddəti 6 saniyə, qucaqlamanın isə 20–30 saniyə olmalıdır. 

Marin izah edib ki, bu müddət bədənin oksitosin adlı hormon ifraz etməsi üçün kifayətdir. Oksitosin hipotalamusda yaranır və yaxınlıqda yerləşən hipofiz tərəfindən qana ifraz olunur. Bu hormon insanın yaxınlıq və etibar hissi yaşamasına səbəb olur. Bu nəticələr, cütlüklərin iştirakı ilə keçirilmiş klinik tədqiqatlar zamanı əldə olunub.

Bundan əlavə, Marin tez-tez göz təması qurmağı da tövsiyə edir, çünki bu, qarşılıqlı önəm hissini və emosional əlaqəni gücləndirir. Seksoloq vurğulayıb ki, sağlam münasibətlərin əsas elementi minnətdarlıqdır. Partnyorların bir-birinə mütəmadi təşəkkür etdiyi cütlüklər, münasibətlərində daha çox xoşbəxtlik və razılıq hiss etdiklərini bildirirlər.


Məryəm İlhamqızı


Chosen
0
news24.az

1Sources