EN

Derbidə lazer tutduğuna görə 1 illik cəza aldı

Ötən gün Türkiyə Superliqasının 34-cü turunda keçirilən “Fənərbaxça”- “Beşiktaş” derbisində (0:1) qonaqların futbolçusu Gedson Fernandensə lazer işığı tutan şəxs saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi açıqlama yayıb. 

“Matçın 36-cı dəqiqəsində “Beşiktaş”ın heyətində Gedson Fernandes adlı futbolçunun penalti zərbəsini yerinə yetirərkən üzünə lazer işığı tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, bunu edən B.Y. adlı şəxsdir.

Həmin şəxsə 1 il ərzində stadionlara girmək qadağan edilib”.

Chosen
0
1
qafqazinfo.az

2Sources