Ukrayna Silahlı Qüvvələrinin bölmələri (AFU) Kursk vilayətində yeni hücuma başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında Ukrayna qoşunları körpüləri partladıb və bir neçə zirehli dəstə hücuma keçib. Mühəndislik maşınları mina sahələrində yollar salıb. Bu yolla zirehli maşınlar olan qoşunlar irəliləyib.
“Maşh” teleqram kanalı bildirir ki, hücumda Ukrayna Silahlı Qüvvələrinin 50-yə yaxın əsgəri iştirak edir, “Şot” isə 250 əsgər və 15-dən çox texnikadan danışır.
Zvannoye kəndi yaxınlığındakı körpü kvadrosikllər və ağır texnikanın köməyi ilə partladılıb. Kiçik qrupların (5-10 nəfər) kəndə girməyə cəhd etdiyi iddia edilir. Tetkino və Novı Put yaşayış məntəqələri ətrafında şiddətli döyüşlərin getdiyi bildirilir.