Qaynarinfo xəbər verir ki, Şəhriyar adlı taksi sürücüsünün qurbanı xanım müştərisi olub.
Şəhriyar müştərisinin heç yerdə işləmədiyini bildikdə ona "Qızıl Buta" ictimai-siyasi, analitik jurnalının əməkdaşını olduğunu bildirib. "Bolt" sürücüsü müştərisinə iş məsələsində kömək edəcəyinə inandıraraq ondan 6500 manat pul alıb.
Lakin Şəhriyar vədini yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
Şəhriyar saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Əvvəlcə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bir ay sonra isə həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəzlənib.