EN

Gəmi və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb

BAKI, 5 may. TELEQRAF

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ilin I rübündə gəmilər və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb.

ASCO-dan Teleqraf-a verilən məlumata görə bu ilin yanvar-mart aylarının nəticələrinə görə, ASCO gəmilərindən 18,78 m³ plastmas, 104,33 m³ qida qalığı, 153,91 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 13 m³ istismar tullantısı, 79,2 m³ neft qalığı-şlam, 737,5 m³ döşəməaltı lyal sular, 24089,3 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 3,7 ton yanmış qəlib qumu, 263,54 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 19686 ton məişət çirkab suyu, 265,9 ton neftli döşəməaltı-lyal su, 51,24 ton sürtgü yağı, 1105,19 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 204,21 m³ qida qalığı, 84,25 m³ polimer əsaslı və plastmas tullantı, 14,75 m³ yağlı və neftli tullantı, 30,38 m³ rezin tullantı, 85,6 m³ istismar tullantı, 0,06 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0,16 ton kağız, 0,05 ton plastmas təkrar emala göndərilib.

Chosen
0
5
teleqraf.com

6Sources