EN

Aİ Rusiya enerji resursundan tam imtina edəcək

Avropa Komissiyası (AK) mayın 6-da Strasburqda Avropa İttifaqının (Aİ) Rusiya enerji resurslarından tamamilə imtina planını təqdim edəcək. 

 

Sfera.az “Bloomberg”nəşrinə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Stefan de Keersmaeker məlumat verib.

 

“Sabah Avropa Komissarları Kolleci Rusiyanın enerji resurslarının idxalına son qoymaq məqsədilə hazırlanan “yol xəritəsini” müzakirə edəcək. Komissar Dan Yorgensen bu sənədi Strasburqda Avropa Parlamentinin mətbuat otağında ictimaiyyətə təqdim edəcək”, – De Keersmaeker Brüsseldə keçirilən brifinqdə bildirib.

 

Aİ-nin təklif etdiyi qadağa həm Rusiya boru kəməri ilə, həm də uzunmüddətli müqavilələr əsasında tədarük edilən maye təbii qazı əhatə edəcək. Qadağanın 2027-ci ilin sonuna qədər qüvvəyə minməsi planlaşdırılır. Bununla belə, sənədin yekun məzmununun çərşənbə axşamı elan edilməzdən əvvəl dəyişdirilə biləcəyi də istisna edilmir. Aİ-nin Rusiya qazından imtinası ABŞ, Qətər, Kanada və Afrika ölkələri kimi alternativ mənbələrdən qaz tədarükünü təmin etmək qabiliyyətindən asılı olacaq.
Planın əsas məqsədi Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək və Rusiyadan enerji asılılığını aradan qaldırmaqdır.

 

Fidan Hacızadə
Sfera.az

 

Chosen
0
sfera.az

1Sources