EN

Krediti olanlara ŞAD XƏBƏR - Faiz hesablana bilməz - AÇIQLAMA

Kredit ödənişlərinin gecikməsi, borclular üçün ciddi maliyyə çətinliklərinə səbəb ola bilər. Bir çox hallarda, gecikmiş kreditlərdə faizlər sürətlə artır, bu da borcluların borcunu ödəməsini daha çətinləşdirir. Lakin, qanunvericiliyə görə, kredit faizlərinin və gecikmə haqlarının necə hesablanması, müəyyən edilmiş limitlərlə tənzimlənir.

Kreditə görə gecikmə necə hesablanır və kredit faizi maaş kartından tutulması nə dərəcədə qanunidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “milli.az”a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:

"Kredit gecikmələrinə görə faiz dərəcəsi qanunvericilik aktlarına əsasən təyin edilir. Bu prinsipler pozula bilməz. Məsələn Mülki Məcəllənin 39-cu maddəsinə görə, borcun icrası gecikdirildikdə kredit edən tərəf pul tələb edə bilər. Bu, adətən günlük hesablanır, amma illik 10 faizi keçə bilməz. Əgər müqavilədə başqa şərtlər limitlər yoxdursa. Digər məsələ isə əlavə faiz və cərimələr şərtlərdə öz əksini tapıb və tətbiq olunur. İndi bütün hallarda gecikmiş kreditlərə görə faizin hesablanması qanunsuzluq demək deyil".
 

Qeyd edək ki, mülki məcəlləyə əsasən kredit faizlərinin gecikdərməyə görə hesablanması 180 gündən çox ola bilməz. Eyni zamanda bank tərəfindən 5 faiz əlavə oluna bilər. 


Ekspert qeyd edib ki, kreditin maaş kartından tutulması isə daha çox hüquqi məsələdir.

"Mülki Məcəllənin 439 və 450-ci maddələrinə görə, borcun könüllü şəkildə ödənilmədiyi halda artıq kreditor məhkəməyə müraciət edə bilir. Məhkəmənin qərarından sonra isə banklar icra sənədinin əsasında borcu maaş kartına yönəldə bilər.

Burda diqqət çəkən məsələ isə maaşın yalnız 20 faizə qədəri cəlb olunması məsələsidir. Xüsusi hallarda isə max 50 faiz tutula bilər.

Bütün maaşın tutulmasi mümkün deyil. Bu, qanunsuzluqdu. Əgər tərəflər arasında hansısa anlaşılmazlıq olarsa, məhkəməyə müraciət edə bilərlər".

Bizim.Media

Chosen
0
10
bizim.media

10Sources