EN

Lavrov Ermənistana gedəcək

Hurriyyet.az xəbər verir ki,  RF XİN rəhbəri Sergey Lavrov ilə Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfər edəcəklər.

Ermənistan parlalmentinin spikeri Alen Simonyan bu barədə məlumat verib. Simonyan jurnalistlərlə görüşündə deyib: "Rusiyadan Ermənistan hakimiyyətinin ünvanına ən yüksək səviyyədə ittihamlar səsləndirilir. Lakin biz RF xarici işlər naziri ilə Rusiyanın Federasiya Şurasının sədrinin səfərlərinə hazırlaşırıq. Səhv eləmirəmsə, səfər 5-6 iyun tarixinə planlaşdırılır".

Hürr Tərcüman

 

Chosen
0
hurriyyet.az

1Sources