EN

Fransa ABŞ alimlərini qəbul etmək üçün 100 milyon avro ayıracaq

Fransa hökuməti ABŞ-da elmi tədqiqatlara ayrılan maliyyənin azaldılması fonunda amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun fikrincə, “Avropa alimlər üçün cənnətə çevrilməlidir”.

“Məqsəd namizədlərin keyfiyyətini nəzərə almaqla, doktorantlardan tutmuş professorlara, Nobel mükafatçılarına qədər tədqiqatçı cəlb etməkdir”, - Makron bildirib.

ABŞ administrasiyasının dövlət xərclərini azaltmaq siyasəti nəticəsində Aİ ölkələri və Böyük Britaniya əhəmiyyətli sayda ABŞ alimlərinin Avropanın tədqiqat və təhsil müəssisələrində işləmək üçün ölkəyə köçməsini gözləyir. 

Chosen
0
operativmm.az

1Sources