Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı diplomatiyasının başçısı Kaya Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
2024-cü il dekabrın 1-də vəzifəyə gəlmiş Kallas o zamandan bəri ilk dəfə olaraq İranın xarici işlər naziri Abbas Əraqçi ilə İranın nüvə proqramı barəsində danışıb.
Kallas X şəbəkəsində yazıb: "İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar apardım. Diplomatiyanın nüvə məsələsində və regionda münaqişələrin alovlanması məsələsində əhəmiyyətini qeyd etdim".
Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb, Aİ vətəndaşlarının İranda casusluqda ittiham olunaraq saxlanılmasından narahatlığını bildirib. Qeyd edib ki, Brüssellə Tehranın münasibətləri bu məsələlərdəki irəliləyişdən asılıdır.
Hürr Tərcüman