Almaniyanın "Volfsburq" klubu baş məşqçisi Ralf Hazenhüttlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Volfsburq" ardıcıl 8 oyundur qələbə qazana bilmir. Onlar son olaraq Dortmund səfərində "Borussiya"ya 0:4 hesabı ilə məğlub olub.
Hazenhüttl ötən ilin martından "ağ-yaşıllar"ı çalışdırırdı. Onun komandası hazırda 39 xalla Bundesliqada 12-ci yeri tutur.