2024-cü ildə hava nəqliyyatı ilə sərnişin daşınmadan gəlirlər 2 milyard 99 milyon 1,4 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2024-cü ilin eyni dövrü ilə ilə müqayisədə 625 milyon 388,3 min manat və ya 42,4% artıb.
2023-cü ilin sonunda isə aviaşirkətlər 1 milyard 473 milyon 613,1 manat gəlir əldə etmişdi.
Əldə edilmiş gəlirlərin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq, 59 milyon 445,6 min manatı isə daxili reyslərin payına düşüb.
Beynəlxalq reyslərdən əldə edilən gəlirlər 620 milyon 557,9 min manat (43,7%) , daxili reyslərdən əldə edilmiş gəlirlər isə 4 milyon 830,4 min manat (8,8%) artıb.