EN

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən iki nəfər tutuldu

Bakı. Trend:

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyatakeçirilən tədbirlər nəticəsində vətəndaşların etibarındansui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.

Bildirilib ki, aparılan araşdırmalarla məlum olub ki, saxlanılanşəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlərverərək zərərçəkənlərin ümumilikdə 51743 manat pulunu ələkeçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Bir daha vətəndaşlara tövsiyə olunub ki, internetresurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndiricivədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibaretmədikləri şəxslərə onlayn ödəniş etməsinlər.

Məqalədə:
Chosen
0
36
az.trend.az

10Sources