EN

Azərbaycan və Belarus baş nazirləri arasında geniştərkibli görüş olub - SƏNƏDLƏR İMZALANIB

Azərbaycan və Belarus baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında geniştərkibli görüş keçirilib.

Herbiand.az xəbər verir ki, görüşdən sonra Azərbaycan-Belarus sənədləri imzalanıb.

“Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında traktor avadanlıqlarının tədarükü sahəsində əməkdaşlığın inkişafına dair Memorandum”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair 2025-2027-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi ilə Belarus Respublikasının “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası və Belarus Respublikasının müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2025-2026-cı illər üçün Tədbirlər Planı” imzalanıb.

Chosen
0
8
herbiand.az

9Sources