ABŞ Prezidenti Donald Trampın tarifləri onilliklər ərzində proqnozlaşdırıla bilən və nisbətən azad ticarətlə dəstəklənən qlobal iqtisadiyyatı getdikcə daha aşağı həddə sürükləyir.
AZƏRTAC xəbər verir ki, iri transmilli korporasiyalar, o cümlədən elektron ticarət oyunçuları ötən həftə satış hədəflərini azaldıb, iş yerlərinin ixtisarı ilə bağlı xəbərdarlıq edib və biznes planlarına yenidən baxıblar. “Reuters” agentliyi xəbər verir ki, aparıcı iqtisadiyyatlar, öz növbəsində, məyusedici məlumatlar fonunda artım perspektivlərini aşağıya doğru nəzərdən keçiriblər.
Maliyyə bazarları ABŞ və Çinin genişmiqyaslı ticarət müharibəsindən geri çəkiləcəyinə, Donald Trampın başqalarına daha yüksək tariflərin tətbiq edilməsinin qarşısını almaq üçün sövdələşmələrə imza atacağına ümid etsələr də, bunun necə nəticələnəcəyi ilə bağlı qeyri-müəyyənliyin özü böyük bir təzyiq vasitəsinə çevrilib.
İqtisadçılar hesab edirlər ki, ABŞ-ın tarif siyasəti qısa müddətdə dünya üçün ciddi mənfi şok olacaq.
Pekin cümə günü bildirib ki, Vaşinqtonun 125 faizlik rüsumlarla qarşı-qarşıya qalması fonunda 145 faiz ABŞ tariflərini müzakirə etmək təklifini qiymətləndirir. Tramp administrasiyası, həmçinin Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla, bütün ölkələrlə yaxın həftələrdə əlavə tariflərin qarşısını almaq üçün razılaşmalara yaxın olduğunu elan edib.
Ötən həftə Çindən gələn mallar – dəyəri 800 dollardan aşağı olan elektron ticarət bağlamaları üçün “de minimis” rüsumsuz rejiminin ləğvi bir çox kiçik oyunçular üçün sarsıdıcı zərbə olub.
Tarif proqnozu Yaponiya Bankını keçən həftə artım proqnozlarını azaltmağa vadar edib. Ticarət gərginliyi Niderland, habelə Yaxın Şərq və Şimali Afrika regionu üçün artım proqnozlarının aşağı düşməsinə gətirib çıxarıb.
Çinin istehsal fəaliyyəti apreldə son 16 ayda ən sürətli templə azalıb. İngiltərədən alınan oxşar məlumatlar isə Britaniyanın istehsal etdiyi məhsulların ixracının keçən ay demək olar ki, beş ilin ən sürətli tempi ilə düşdüyünü göstərir.
İqtisadçılar ixraca əsaslanan Almaniya iqtisadiyyatının daha güclü dayanmasının əsasən tariflər qüvvəyə minməzdən əvvəl istehsalı artıraq mal və məhsullardan qurtulan fabriklərlə bağlı ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Bu məqamda əksər iqtisadçılar Trampın tarif qambitini qlobal iqtisadiyyatda “tələb şoku” adlandırır ki, bu da ABŞ biznesləri və istehlakçıları üçün idxalı bahalaşdıraraq, digər ölkələrdəki aktivliyə xələl gətirəcək.
Tariflərin müsbət tərəflərinə gəldikdə, bunlar inflyasiya təzyiqlərini azaldacaq və beləliklə, digər ölkələrin mərkəzi banklarına faiz dərəcələrini azaltmaqla iqtisadiyyatı stimullaşdırmaq üçün daha çox imkan verəcək. İngiltərə Bankı bu həftə məhz belə bir addım atıb.