Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında mayın 5-dən 6-na keçən gecə vəsəhər yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterliolacağı və qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağıgözlənilir.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında isə müşahidə olunanqeyri-sabit və yağıntılı hava şəraitinin mayın 7-si gündüzədəkfasilələrlə davam edəcəyi, şimşək çaxacağı, ayrı-ayrı yerlərdəyağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi, yüksəkdağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağçaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.