İtaliyanın Berqamo şəhərində “Atalanta” və “İnter” azarkeşləri arasında dava zamanı faciəvi hadisə baş verib. Vətəninfo.az La Gazzetta dello Sport-a istinadən xəbər verir ki, 26 yaşlı Rikardo Klaris bıçaqlanma nəticəsində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisə şənbə günü gecə baş verib. Bıçaqlanma hadisəsini 19 yaşlı Jacopo De Simone etiraf edib və o, könüllü olaraq polisə təslim olub və qardaşını qorumağa çalışdığını bildirib. O, saxlanılıb, hazırda araşdırma aparılır.