Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı keçirərək, Tehranı Rusiyaya hərbi yardımı dayandırmağa çağırıb. Missiya.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Aİ-nin nüvə problemi və regional gərginliyin azaldılması ilə bağlı diplomatiyaya dəstəyini vurğulamaq üçün İranın xarici işlər naziri Əraqçi ilə danışdım. Tehranı Moskvaya hərbi dəstəyi dayandırmağa çağırdım və həbsdə olan Aİ vətəndaşları və insan haqları ilə bağlı narahatlığını bildirdim”, - Kallas yazıb.
Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi əlavə edib ki, Aİ ilə İran arasında münasibətlər sadalanan bütün bu sahələrdə irəliləyişdən asılıdır.Zərintac MayisqızıMissiya.Az