EN

Binəqədidə abadlıq-quruculuq işləri aparılır - Fotolar

Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.

“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Biləcəri qəsəbəsi Dədə Qorqud küçəsi (əvvəlki Füzuli küçəsi) döngə 1 ünvanına 900 metr uzunluğunda, Biləcəri qəsəbəsi Gürsulu küçəsi 3-cü döngədə (əvvəlki Xudadat Məlikaslanov küçəsi) 300 metr uzunluğunda, Biləcəri qəsəbəsi şəhid Nihat Rzaxanov küçəsində (keçmiş 1 May Yeni Yaşayış Massivi, 3-cü döngə) 300 metr uzunluğunda, Biləcəri qəsəbəsi Tomris küçəsində 450 metr uzunluğunda, Xocəsən qəsəbəsi Çaylı küçəsi 2-ci döngədə 320 metr uzunluğunda asfalt örtüyünün çəkilməsi işləri tamamlanıb.

Bildirilib ki, rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mütəmadi olaraq davam etdiriləcək.







Chosen
0
qafqazinfo.az

1Sources