EN

3300 İl yaşı olan ən qədim körpü hələ də İşləyir-Harada yerləşir? (VİDEO)

İnanılmaz görünə bilər, amma bu körpüdən bu gün də piyada və avtomobillər istifadə edir.

Tribunainfo.az xəbər verir ki, bu, sadəcə arxeoloji abidə deyil – hələ də funksional infrastruktur elementidir.

Arkadiko körpüsü – minillikləri aşan möcüzə
Yunanıstanın Peloponnes bölgəsində yerləşən Arkadiko körpüsü dünyanın ən qədim hələ də işlək olan körpüsü hesab olunur. Bu mühəndislik möcüzəsi təxminən 1330-cu ilə – yəni 3350 ildən çox əvvələ – aiddir və Mikena dövründə, Bronz əsrində inşa olunub.

Körpünün uzunluğu 22 metr, eni isə 5,6 metrdir. Əvvəllər Tirinfs və Epidaurus şəhərlərini birləşdirən hərbi yolun bir hissəsi olub və qədim yunanların mühüm yollar şəbəkəsinə daxil idi.

Avtomobillər də keçir – bəs necə dözümlüdür?
Ən maraqlısı odur ki, körpü heç bir sement və ya yapışdırıcı olmadan tikilib. Sadəcə olaraq böyük əhəngdaşı bloklarının ağırlığı və simmetrik düzülüşü onun bu qədər uzunömürlü olmasına səbəb olub. O qədər möhkəmdir ki, bu gün də üzərindən avtomobil keçidi mümkündür.

Qədim ustalar bəzi daşları çəkiclə yonublar, amma çoxu təbii formada qoyulub. Boşluqlar isə daha kiçik daş parçaları ilə doldurulub – bu da onun davamlılığını artırıb.

Tək deyil – oxşar körpülər də var
Arkadiko təkcə bu cür körpü deyil. Eyni dövrə və bölgəyə aid daha üç oxşar körpü də mövcuddur. Onlardan biri – Petrogifiri körpüsü – cəmi 1 km qərbdə yerləşir və eyni texnika ilə inşa olunub.

İmran Kərimli

Chosen
0
tribunainfo.az

1Sources