EN

Bank Respublika növbəti dəfə fermerlərə ən aktiv dəstək olan bank seçildi! (FOTO)

Bakı. Trend:

2 may tarixində Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı, BMT-nin Ərzaqvə Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə IVAqrobiznesin İnkişafı Forumu keçirilib.

“Harmoniyaya gedən yol” mövzusuna həsr olunan tədbirin əsasməqsədi aqrobiznesin davamlı inkişafı üçün innovativ maliyyələşməmexanizmlərinin tətbiqi, yaşıl subsidiyaların təşviqi vəictimai-özəl dialoqun gücləndirilməsi olub .

Forumda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin,Mərkəzi Bankın, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kiçikvə Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan SahibkarlarTəşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri,nazirliklərin tabeli qurumlarının, Azərbaycan BanklarAssosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçininyerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Aqrar sahənin maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyidavamlı fəaliyyətə görə Bank Respublika “Fermerlərin dövlətvəsaitləri hesabına kreditləşməsində ən aktiv iştirak edən bank”nominasiyası üzrə artıq üçüncü ildir ki, ardıcıl olaraq mükafatalayiq görülüb.

Qeyd edək ki, ötən il ərzində Bank Respublika Aqrar Kredit vəİnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka vəKredit Zəmanət Fondu ilə fəal əməkdaşlıq edərək fermerlərə ən böyükhəcmdə güzəştli kreditlər təqdim etmişdir.

Bank
Məqalədə:
Chosen
0
4
az.trend.az

5Sources