EN

Yevlaxdan bir qrup şəhid ailəsi müalicə və reablitasiya üçün Naftalana göndərilib



Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Yevlax rayonundan olan Şəhidlərimizin ailə üzvləri və qazilərimiz daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi tədbirlər görülür.

Bu işlərin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayondan olan bir qrup Şəhid ailəsi müalicə və reablitasiya üçün Naftalan şəhərində yerləşən “Sun City”sanatoriya-kurort mərkəzinə yola salınmışlar.
Əvvəlcə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və şəhid ailələri Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.

Newscenter.az xəbər verir ki, şəhid ailələrini yola salarkən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq”u ətrafında birləşən, xalqımızın 30 illik vətən həsrətinə son qoyan Şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və bundan sonra da bu istiqamətdə lazimi işlər görüləcəkdir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Süleyman
Chosen
0
newscenter.az

1Sources