Bakı. Trend:
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsininəməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təminolunması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Növbətitədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərəkşəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet vəmoped sürücüləri saxlanılıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.
Bildirilib ki, texniki müayinə zamanı həmin nəqliyyatvasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindənqəsdən müdaxilə edildiyi aşkarlanıb. Yollarda təhlükəli manevrləredərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibatitədbirlər görülüb.
"Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərindəinsanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yolverən bu tipli moped və motosiklet sürücülərinə qarşı vətəndaşməmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlərmütəmadi olaraq həyata keçiriləcək", - məlumatda qeyd edilib.