“Bütün dünya bilir ki, bu gəmilər humanitar yük daşıyır və beynəlxalq qaydalara uyğundur. Lakin onlara edilən hücum sırf quldurluqdur, dəniz quldurluğudur”,- Türkiyə lideri deyib.
İsrailin Qəzzadakı hərəkətlərindən danışan Ərdoğan onu “aclıqdan, dərman çatışmazlığından və təmiz sudan fələstinlilərə qarşı silah kimi istifadədə” ittiham edib.
- Bomba və ağır silahlarla fələstinliləri məğlub edə bilməyən İsrail onları qida və dərmandan məhrum edərək sındırmağa çalışır. İsrail ərzaq, su və dərman vasitəsi kimi istifadə edir”, - Türkiyə prezidenti İsrailin belə əməllərindən hiddətini gizlətməyib.
![]() |
İsrail hökuməti Qəzzanın işğalını dəstəkləyib |
Türkiyə lideri beynəlxalq ictimaiyyəti İsrailin hərəkətləri ilə bağlı “sükut zənzirinə” son qoymağa çağırıb.
“Dünya İsraildən böyükdür. O, gücünü göstərməli və bütün dünyanı yandırmağa çalışan bu “alov kürə”sini söndürməlidir. Əks halda gec olacaq və bu gün susanlar tarix qarşısında özlərinə haqq qazandıra bilməyəcəklər. İsrail cinayətlərinə görə cəzasız qalmasını gözləməməlidir. Ədalət gec-tez zəfər çalacaq”, - Rəcəb Tayyib Ərdoğab vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin nazirlər kabineti Qəzza zolağında İsrailin hərbi fəaliyyətini genişləndirmək planlarını yekdilliklə təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az