EN

Paşinyan üçün Moskvada təhlükə var? – Simonyan hədəf göstərdi

"Rusiyadan ölkəmizə külli miqdarda vəsait daxil olur, onların televisiyalarında Ermənistan əleyhinə çıxışlar edilir. Bu proses 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində daha da artacaq". 

Olaylar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O, Moskvanın İrəvanda dövlət çevrilişinə hazırlaşdığına dair iddialara münasibət bildirib:

"Belə bir təhlükənin olduğunu düşünmürəm, çünki Ermənistan xalqına güvənirəm. Bunu öz təcrübəmə əsasən deyirəm. 2020-ci ildə müharibədən sonra da İrəvanda hakimiyyət dəyişikliyinə cəhd göstərdilər. Lakin uğursuz oldu. Ümumiyyətlə, baş nazir Nikol Paşinyanın Rusiya üçün "arzuolunmaz lider" kimi qəbul edildiyi fikrinə qatılmıram. Sadəcə postsovet məkanında seçilmiş rəhbərin olması çox pis nümunə kimi dəyərləndirilir. Belə presedentlər çox azdır. İkincisi, Ermənistan Respublikası tarixi hadisələrə görə öz dövlətçilik səviyyəsini və müstəqilliyini yüksəltmək istiqamətində aydın addımlar atır və bu yüksəliş, təbii ki, hər kəsin ürəyincə deyil. Çünki bizim hər zaman kimdənsə asılı olmağımızı istəyirlər".

Qeyd edək ki, Nikol Paşinyan mayın 9-da Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Moskvaya səfər edəcək. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources