EN

Mayamidə F-1 HƏYƏCANI!

ABŞ-də keçirilən Miami Qran-Prisindən sonra Formula 1-də pilotlar və komandalar arasında sıralama dəyişib. Mövsüm boyunca toplanan xallar əsasında ilk “5-lik”də yer alan adlar müəyyənləşib.

“Busaat.az” xəbər verir ki, pilotlar arasında liderliyi Avstraliyalı Oscar Piastri 131 xalla qoruyur.

Onun ardınca Böyük Britaniyadan Lando Norris (115 xal) və hollandiyalı Max Verstappen (99 xal) gəlir.

Siyahıda dördüncü yerdə George Russell (93 xal), beşinci yerdə isə Monakodan Charles Leclerc (53 xal) qərarlaşıb.

Komandalar arasında isə McLaren böyük üstünlüklə – 246 xalla zirvədədir. Onu 141 xalla Mercedes, 105 xalla Red Bull, 94 xalla Ferrari və 37 xalla Williams izləyir.

Nərmin Səmidova

Busaat.az

Chosen
0
busaat.az

1Sources