EN

Anar Əkbərov: Həyata keçirilən işlərin uğurla aparılmasında “Cəbrayıl Könüllüləri”nin də töhfəsini hiss edəcəyik

Bakı, 5 may, AZƏRTAC

İşğaldan azad olunmuş daha bir rayonun – Cəbrayıl könüllülərinin qrupunun formalaşdırılmasına start verilir. Bu günədək “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Qayıdış Könüllüləri” proqramı çərçivəsində işğaldan azad olunmuş və keçmiş məcburi köçkünlərin geri döndüyü və artıq yaşayışın olduğu ərazilərdə rayonlar üzrə könüllü qrupları formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyatın elan olunması ilə bağlı keçirilən mətbuat konfransında söyləyib.

Anar Əkbərov qeyd edib ki, bugünkü gənclik çox xoşbəxt bir dövr, tale yaşayır: “Çünki bu gün bizim torpaqlarımız azadır, ərazi bütövlüyümüz tam bərpa olunub. Artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam edir. Bildiyiniz kimi, artıq Cəbrayıl şəhərində də keçmiş məcburi köçkünlər öz doğma-yurd yuvalarına qayıdırlar və xoşbəxt yaşayırlar. Bu, o deməkdir ki, Cəbrayıl şəhərində də həyat keçmişdə olduğu kimi öz axarına qayıdır. Əminəm ki, “Cəbrayıl Könüllüləri”nin formalaşdırılması çox gözəl bir addım olacaq və biz bu rayonda da müxtəlif istiqamətlərdə həyata keçirilən işlərin uğurla aparılmasında onların töhfəsini hiss edəcəyik”.

Chosen
0
azertag.az

1Sources