“Robert Köçəryan Ermənistanda rus casusu statusuna malik adamdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistlərinə açıqlamasında deyib.
“Bu mənim fikrimdir, heç bir faktım yoxdur. Mənim siyasi bəyanatlar vermək azadlığım var”, deyə o, əlavə edib.
Xatırladaq ki, Ermənistanın 2-ci prezidenti olan Robet Koçəryan Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş cani, uşaq qatilidir.
Bizim.Media