Vətəninfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkianın oğlu, Prezident Administrasiyasının rəhbərinin müavini və media üzrə köməkçisi Yusif Pezeşkian Güney Azərbaycanın milli futbol komandası “Traktor”un azarkeşlərinə qarşı panfarsların səsləndirdiyi “pantürkist” və “separatçı” kimi cəfəng iddialara sərt reaksiya verib.
Yusif Pezeşkian “X” hesabında paylaşım edərək yazıb: “Psixologiya üzrə ixtisasım yoxdur, ancaq hesab edirəm ki, stadionlarda bəzi baş verənlər psixoloji cəhətdən araşdırılmalıdır və cəmiyyətin öz həyəcanı və enerjisini boşaltması ilə bağlıdır. Azarkeşlərə pantürkist və separatçı damğası vurmaq strateji səhvdir”.