EN

Rumıniyada prezidentliyə namizəd Simion seçilsə, Kəlin Corceskunu baş nazir təyin edə bilər- ÖZƏL

Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunun qalibi, millətçi "Rumıniyanın Birləşməsi Uğrunda Alyans" partiyasının lideri Corce Simion, prezident seçiləcəyi təqdirdə Kəlin Corceskunu baş nazir postuna namizəd göstərə biləcəyini bildirib. Olaylar.az xəbər verir ki,  bu barədə o, Financial Times qəzetinə açıqlamasında deyib.
"Prezident kimi mən Konstitusiya Məhkəməsinin üzvlərini, təhlükəsizlik xidmətlərinin rəhbərlərini dəyişə bilərəm. Bu, mənə ədalətli seçkilərə zəmanət vermək imkanı yaradacaq. Həmçinin parlamentdə çoxluq formalaşdırmaq üçün vasitəçi ola bilərəm. Bu yolla biz onu (Kəlin Corceskunu ) baş nazir kimi təqdim edə bilərik", - deyə Simion bildirib.
Mayın 18-də keçiriləcək ikinci tura Simion (40,96%) və müstəqil namizəd, paytaxt Buxarestin baş meri Nikuşor Dan (20,99%) vəsiqə qazanıb.
Qeyd edək ki, 2024-cü ilin noyabrın 24-də keçirilən ilkin prezident seçkilərində millətçi namizəd Kəlin Corcesku ən çox səs toplamışdı. Lakin Rumıniya Konstitusiya Məhkəməsi bu nəticələri ləğv edərək seçkiləri təxirə salmışdı. Bu misilsiz qərar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi rezonansa səbəb olmuşdu. Buna baxmayaraq, hökumət məhkəmənin qərarını qəbul etmiş və seçkilərin yenidən keçirilməsinə qərar vermişdi.
Davam edən proseslər Rumıniyada siyasi sabitlik və demokratiya baxımından yeni mərhələnin astanasında olunduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources