EN

Elon Maskın şəhəri rəsmi olaraq quruldu: Starbase

ABŞ-nin Texas ştatında yerləşən və SpaceX şirkətinin buraxılış sahəsinin mövcud olduğu ərazi artıq rəsmi şəkildə "Starbase" (Ulduz Bazas) adlanır.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Cameron dairəsində keçirilən səsvermə nəticəsində bölgənin adı dəyişdirilib. Səsvermədə iştirak edən 218 nəfərdən 212-si ad dəyişikliyinə "bəli", yalnız 6 nəfər isə əleyhinə səs verib. Yeni adın qəbul edildiyi yaşayış məntəqəsinin sakinlərinin böyük əksəriyyətini SpaceX-in əməkdaşları təşkil edir.

Cameron dairəsinin Seçki Rəhbəri Remi Qarza səsvermənin nəticələrinin dairə hakimi tərəfindən təsdiqləndikdən sonra Starbase-in rəsmi olaraq Texasın bələdiyyəsi kimi tanınacağını bildirib.

Şəhər rəhbərliyi sosial media platforması X üzərindən etdiyi paylaşımda bildirib:
"Bir şəhər olmaq, insanlığın kosmosdakı gələcəyi üçün çalışan qadın və kişilər adına mümkün olan ən yaxşı cəmiyyəti qurmağa yardım edəcək."

SpaceX-in sahibi Elon Mask isə şəxsi X hesabında paylaşım edərək Starbase-in artıq "gerçək bir şəhər" olduğunu qeyd edib və nəticəni təbrik edib.

Chosen
0
far.az

1Sources