EN

Slovakiyanın Baş naziri Moskvadakı paradda iştirak edə bilməyəcək?

Slovakiyanın Baş naziri Robert Fitso bəzi Avropa İttifaqı (Aİ) ölkələrinin Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün gedəcəyi Rusiyaya təyyarəsinin öz əraziləri üzərindən uçuşunu qadağan etdiyini açıqlayıb. 

Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə mətbuat konfransı zamanı məlumat verib.

"Bu, xoşagəlməz haldır. Əgər siz Avropa İttifaqı daxilində harasa uçmaq istəyirsinizsə və onlar sizə deyirlər: Xeyr, siz bizim ərazimiz üzərindən uça bilməzsiniz. Təsəvvür edin ki, beynəlxalq münasibətlər baxımından haradayıq”, - deyə Fitso vurğulayıb.

Slovakiyanın Baş naziri konkret olaraq hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, Fitso mayın 9-da Moskvada olacağını bir daha təsdiqləyib.

 

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources