EN

ABŞ-ın Qara dəniz planı açıqlandı: “Rumıniya kritik əhəmiyyətə malikdir”

ABŞ-ın Qara dəniz strategiyasını həyata keçirmək üçün Rumıniya kimi müttəfiqə ehtiyacı olduğu bildirilib.

Editor.az The National Interest-ə istinadla yazıb ki, Rumıniya ABŞ-ın Qara dəniz strategiyası üçün kritikdir.

“Heç bir müttəfiq ABŞ-ın regionda maraqlarını təmin etmək üçün Rumıniya qədər kritik deyil. NATO və Aİ-nin aparıcı üzvü olan Rumıniya cənub-şərqi Avropanın lövbərinə çevrilib və İraqdan Əfqanıstana qədər ABŞ-la hərbi həmrəyliyini sübut edib”, – məqalədə deyilir.

ABŞ-ın təbii qaz şirkətlərinin Rumıniyada fəaliyyət göstərdiyi xatırladılan açıqlamada ölkənin 2027-ci ilə qədər Avropanın ən böyük qaz istehsalçısı olacağına diqqət çəkilib. Rumıniya hərbi sahədə iyirmi ildən artıqdır ki, ABŞ ordusu üçün əhəmiyyətli bir logistika mərkəzi rolunu oynayır. NATO-nun ən şərq Avropa üzvü olan ABŞ-ın Əfqanıstan və İraqdakı əməliyyatlarına dəstək verməsi üçün strateji coğrafi mövqeyi ona imkan verib.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources