EN

İran yeni balistik raketini təqdim etdi

İran İslam Respublikası 1200 kilometr mənzilli yeni ballistik raketni təqdim edib.

Modern.az xəbər verir ki, İranın dövlət televiziyası “Qasim Basir” adlı raketin görüntülərini yayımlayıb.

İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə dövlət televiziyasına verdiyi xüsusi açıqlamada ABŞ-ın təhdidlərinə cavab verib.

Briqada generalı Nəsirzadə “İrana hücum edilərsə və ya müharibə tətbiq edilərsə, biz gücə güclə cavab verəcəyik, onların maraqlarına və bazalarına hücum edəcəyik. Biz bu mövzuda heç bir sərhəd tanımırıq” deyib.

Müdafiə naziri "Qonşu ölkələrlə heç bir düşmənçiliyimiz yoxdur. Onlar bizim qardaşlarımızdır, hədəfimiz Amerika bazaları olacaq" ifadəsini işlədib.

Chosen
0
modern.az

1Sources