EN

ABŞ xarici filmlərə 100% gömrük rüsumu tətbiq edir

Donald Tramp administrasiyası xarici filmlərə 100 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.

Editor.az TASS-a xəbər verir ki, ABŞ prezidenti bazar günü oxşar bəyanatla çıxış edərək xarici kinonu milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib.

“Amerika kino sənayesi sürətlə ölür. Digər ölkələr bizim rejissorlarımızı və studiyalarımızı təşviqlərlə şirnikləndirir. Hollivud və ABŞ-ın digər sənayeləri iflas edir. Bu, təhlükəsizlik riskləri yaradan və təbliğat aparan planlaşdırılmış hücumdur”, – Tramp deyib.

Prezident Ticarət Departamentinə və ABŞ Ticarət Nümayəndəsinə bütün xarici filmlərə tariflərin tətbiqi prosesinə dərhal başlamağı tapşırıb.

“Başqa insanların hekayələrinin bizim dəyərlərimizi sarsıtmasına imkan verməyəcəyik”, -o əlavə edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources