EN

“Neftçi”yə qarşı oyunla Premyer Liqada qalmağa layiq olduğumuzu sübut etdik”

“Oyunu iki hissəyə bölmək olar. Birinci yarı “Neftçi” bizdən yaxşı oynadı. İkinci hissədə isə “Kəpəz” daha yaxşı idi. Nəticədə bir xal qazanmağı bacardıq. Bu, bizim üçün olduqca vacib idi”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in qapıçısı Rojerio Santos “Neftçi” görüşü (2:2) barədə danışarkən deyib. Portuqaliyalı oyunçu daha sonra belə davam edib:

“Son 7-8 oyunda iki dəfə məğlub olmuşuq. Bu, futboldur, hər matçda qələbə qazanmaq çətindir. Əlbəttə, biz də bunu istəyirik. Amma bəzən alınmır. “Qarabağ”la, “Araz Naxçıvan”la heç-heçə etdik, “Sabah”la görüşdə qalib gəldik. Yalnız “Zirə”yə və “Şamaxı”ya məğlub olmuşuq. Elə məhz belə oyunlar daha çətin olur. Çünki komandaların bəziləri 1 xal üçün mübarizə aparır. Bu da işimizi çətinləşdirir. Ancaq dünən çox yaxşı çıxış etdik. “Neftçi”yə qarşı ikinci hissədəki oyunumuzla Premyer Liqada qalmağa layiq olduğumuzu sübut etdik”

Chosen
0
idmanxeber.az

1Sources