EN

Səfərbər olunanı indi də radiatora bağladılar - FOTO

Ukraynada gərgin döyüşlər davam edir. Sosial mediada ərazi çağırış məntəqəsinin (TÇK, hərbi komissarlığı eynisi-red.) əməkdaşları tərəfindən əvvəlcə çarpayıya, daha sonra isə istilik radiatoruna bağlanmış bir kişinin fotoları ortaya çıxıb.

Xarici KİV yazıb ki, qalmaqallı fotolar Kiyev hərbi komissarlığında çəkilib. Bir neçə gün öncə onun çarpayıya bağlanmasını əks etdirən fotoları yayılmışdı. Budəfəki isə yeni görüntülərdi. Yeni fotoda kişi artıq tualetdə radiatora bağlanıb.

Nəşr yazıb ki, kadrlara it də düşüb.

"Foto müəllifləri iddia edirlər ki, bu kişi ilə bərabər heyvanı ilə birgə gəzintiyə çıxmış başqa bir adam da səfərbər edilib”, – nəşr yazır.

Tural 

Chosen
0
news365.az

1Sources