EN

Mingəçevirdə mənzildə partlayış olub


Ötən gün, mayın 4-də Mingəçevir şəhərində mənzildə partlayış meydana gəlib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Məhsəti küçəsi ev 3 mənzil 39-da yaşayan 42 yaşlı Cəfərova Elnurə Hafiz qızının mətbəxində qaz sızması səbəbi ilə baş verib.
Ağdam rayon sakini olan E. Cəfərova üzün və əlin 3-cü dərəcəli yanığı xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bildirilir ki, hal-hazırda vəziyyəti normaldır.
Qeyd olunub ki, partlayış zamanı mənzilə heçbir ziyan dəyməyib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir
Chosen
0
yeniavaz.com

1Sources