Olaylar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
"Son bir ildə Avropa ölkələrində baş verən bir neçə təxribat nümunələrini sadalamaq olar: Logistika mərkəzlərində partlayışlardan tutmuş ukraynayönlü siyasətçilərin və jurnalistlərin avtomobillərinin şüşələrinin sındırılmasına qədər... Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Rusiya bu hücumların intensivliyini bir qədər azaldıb, yəqin ki, Amerikanın yeni prezidenti ilə münasibətləri tamamilə pozmaq istəməyib. Amma Moskvaya bu hücumları istənilən an bərpa etmək çətin olmayacaq. Avropanın problemı təkcə hücumların özü deyil, həm də hər bir fərdi hadisənin birbaşa Rusiya ilə əlaqələndirilməsinin son dərəcə çətin olmasıdır. Çünki bu cür hərəkətlər üçün ruslar adi casuslardan deyil, təsadüfi insanlardan istifadə edirlər. Ruslar üçün birdəfəlik casuslardan istifadənin üstünlüyü ondan ibarətdir ki, cinayəti törədən şəxs uğursuzluğa düçar olarsa və ya həbs olunarsa, Moskva onu rahat şəkildə tək qoya bilər",- məlumatda qeyd olunub. (Axar)