Çinin Quizhou əyalətinin Qianxi şəhərində güclü küləyin səbəb olduğu fəlakət nəticəsində turistləri daşıyan 4 qayıq çayda çevrilib.
Manset.az-ın məlumatına görə, hadisə nəticəsində 10 nəfər həyatını itirib, 74 nəfər xilas edilib.
Dövlət mediasının verdiyi məlumata görə, xilas edilən şəxslərdən 70-i xəstəxanaya yerləşdirilib. Ümumilikdə 84 turistin olduğu bildirilən qayıqların aşması ilə əlaqədar əraziyə 500-ə yaxın xilasetmə işçisi cəlb olunub.
