Misli Premyer Liqasında bir mövsümdə qeydə alınan heç-heçələrin sayına görə yeni rekord müəyyənləşə bilər.
Offsideplus.az xəbər verir ki, çempionatın XXXIII turunda 3 matç "sülh"lə nəticələnib.
Belə ki, “Şamaxı” - “Səbail” və “Araz-Naxçıvan” - “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.
Hazırda çempionatdakı heç-heçələrin sayı 49-dur. Bu, son 11 mövsümün rekordudur (2015/16, 47 bərabərlik).
Mütləq rekord isə 2013/14 mövsümündə olub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.
Çempionatın bitməsinə 3 tur qaldığını nəzərə alsaq, rekordun yeniləcəyini proqnozlaşdırmaq olar.
Onu da əlavə edək ki, cari mövsüm "Sabah" hamıdan çox - 17 dəfə bərabərliyə razılaşıb.