EN

Dəmiryolunda kabel oğurlandı - minlərlə sərnişin ...

İspaniyada yüksək sürətli qatar xəttində kabel oğurluğu qatarların gecikməsinə səbəb olub, 10 mindən çox insanın səyahət planlarını pozub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Renfe” dəmir yolu operatorunun sədri Alvaro Fernandes Heredia X-də yazıb.

Onun sözlərinə görə, 30-a yaxın qatarın 10700 sərnişin zərər çəkib. 

Kabel oğurluğu Madrid və Sevilya arasındakı xəttin dörd fərqli hissəsində baş verib. Bu, dəmir yolu nəqliyyatında ləngimələrə səbəb olub.
"Madrid-Sevilya yüksəksürətli xəttində ciddi təxribat aktına məruz qaldıq. 10 km radiusda müxtəlif nöqtələrdə dörd kabel oğurluğu" - İspaniyanın nəqliyyat naziri Oskar Puente X-də yazıb.

Mülki Qvardiya hadisə ilə bağlı araşdırmalara başlayıb.

Chosen
0
ucnoqta.az

1Sources