EN

Atasını bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elvin Quluzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən o, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunub. Elvin Quluzadə ümumi tipli psixiatriya stasionarına yerləşdirilməsi hazırda saxlandığı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

 

İttihama görə, hadisə 03 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Elvin Quluzadə evin qonaq otağında atası, zərərçəkmiş Şamil Quluzadə (ad, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə isə atanın oğlunun bədən üzvlərinə tatu vurdurub sildirdiyinə görə yaralar əmələ gəlməsi ilə bağlı irad bildirməsi olub. Həmin vaxt zərərçəkmiş oğluna bildirib ki, hərəkətlərinə son qoymayacağı təqdirdə onu psixiatrik xəstəxanaya yerləşdirəcək. Elvin isə bundan əsəbiləşərək evin mətbəxinə keçib bıçağı götürərək atasının döş qəfəsi nahiyəsinə bir zərbə endirib.

 

Elvin Quluzadə məhkəmə ifadəsində qeyd edib ki, 2020-ci ildən işdən azad olduğu gündən depressiyaya düşmüş və əsəb xəstəsi olub. 2 dəfə stasionarda, 1 dəfə də Maştağada yerləşən xəstəxanada yatıb.

 

Kamal Məmmədov

Tarix: 5 May 2025, 11:01   
Chosen
0
2
pravda.az

3Sources