Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Elvüsal Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
İttihama görə, Elvüsal Məmmədov Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirqazan işləyib. O, atası üçün qəbir yeri götürmək istəyən zərərçəkmiş Rövnəq Əliyevə (ad, soyadı şərtidir) 2024-cü ilin aprel ayında özünü həmin qəbiristanlığın qəbir yeri verən məsul şəxsi kimi təqdim edib. Təqsirləndirilən şəxs zərərçəkmişə 650 manat məbləğində pul verdiyi halda ona qəbir yeri qazdırıb hazırlatdıracağına dair yalan vəd verib. Rövnəq də həmin pulu müxtəlif vaxtlarda ona verib. Lakin sonradan Elvüsal zərərçəkmişin atası üçün qəbir yeri verməyərək dələduzluq edib.
Kamal Məmmədov