Bakı. Trend:
Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində “Dəniz təməlkomando kursu”nun növbəti buraxılışına həsr olunmuş təntənəlimərasim keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə HDQ-nin rəhbər heyəti, hərbi qulluqçulariştirak ediblər. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərinxatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər güllərqoyulub.
Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi vəərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsibir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.
HDQ-nin komandanı vəzifəsini müvəqqəti icra edən 1-ci dərəcəlikapitan Şahin Məmmədov çıxış edərək hərbi qulluqçuları salamlayıb,kursu müvəffəqiyyətlə bitirənlərə Müdafiə Nazirliyi rəhbərliyinintəbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlararzulayıb.
1-ci dərəcəli kapitan Ş.Məmmədov Ümummilli Lider Heydər Əliyevinnizami ordu kimi formalaşdırdığı Azərbaycan Ordusunda SilahlıQüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi iləaparılan uğurlu islahatlardan, HDQ-nin fəaliyyətindən, 44 günlükVətən müharibəsində qazanılan tarixi Zəfərdə HDQ-nin şəxsiheyətinin də rəşadətlə iştirak etməsindən danışıb.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblemvurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənənhərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətlihədiyyələrlə mükafatlandırılıb.