EN

Alimentə görə keçmiş arvadını yaba ilə vuran şəxs məhkəmə zalından azadlığa buraxıldı

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Samir Nəbizadənin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

 

İttihama görə, hadisə ötən il Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Samir Nəbizadə yaşadığı evin həyətində keçmiş həyat yoldaşı, zərərçəkmiş Tahirə Bəşirova (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının ondan aliment tələb etməsi olub. Bu zaman Samir yaba ilə onu qəsdən vuraraq qadının sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirib.

 

Hadisədən sonra Samir Nəbizadə saxlanılıb və barəsində  həbs qətimkan tədbiri seçilib.

 

Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 5 May 2025, 10:50   
Chosen
0
pravda.az

1Sources