EN

Başınız ağrıyır? - TƏBİİ ÇARƏ 

Gündəlik həyatın yaratdığı stress, xəstəliklər və uzun müddət səs-küyə məruz qalmaq baş ağrılarına səbəb ola bilər. Belə hallarda bir çox insan dərhal ağrıkəsicilərə üz tutsa da, bəzi hallarda bu dərmanlar təsir etməyə bilər və ya insanlar təbii alternativlərə üstünlük verə bilərlər.


Manset.az-ın məlumatına görə, mütəxəssislər baş ağrısından qurtulmaq üçün bir sıra təbii üsulların təsirli ola biləcəyini bildirirlər. Bu üsullar arasında nanə yağı, zəncəfil çayı, lavanda yağısoyuq kompres xüsusilə, seçilir.

  • Nanə yağı: Mentol tərkibli bu yağ gicgahlardakı qan damarlarını rahatlaşdıraraq baş ağrısını azaldır. Gicgahlara və boyun arxasına masajla tətbiq edilir.


  • Zəncəfil çayı: İltihab əleyhinə təsiri ilə tanınan bu təbii içki miqren tipli baş ağrılarını sakitləşdirə bilər.


  • Lavanda yağı: Xüsusilə stresə bağlı baş ağrılarına qarşı aromaterapiya vasitəsi kimi istifadə olunur.


  • Soyuq kompres: Damarların sıxılmasını və qan axınının tənzimlənməsini təmin edərək ağrını azalda bilir.



Chosen
0
manset.az

1Sources